Azərbaycan kubokunda ilk yarımfinal oyunları baş tutub

22:05 20.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Hafta.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Qarabağ"la qarşılaşıb və 1:3 hesabı ilə uduzub.  "Zirə" isə "Neftçi"ni qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 29-u keçiriləcək.

20 aprel

“Zirə” – “Neftçi” - 0:0
Hakimlər:
 Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu

“Qəbələ” – “Qarabağ” - 1:3 

Qollar: Asif Məmmədov, 5 (1:0), İsmayıl İbrahimli, 16 (1:1), Vadji İbrahima, 87 (1:2), Kadi Borqes, 90+3 - penalti (1:3)
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu